Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluq etmiş Bakı şəhər sakini Elman Abdullayev tutulmuş və ondan narkotik vasitə götürülüşdür

07.08.2008

Avqustun 2-də Binəqədi rayonundakı H.Babaşov küçəsində M.Ə.Rəsulzadə qəsəbə sakini Namiq Şeydayev və onun oğlu Elnur dövlət qeydiyyat nişanları müəyyən edilməmiş "VAZ-2107" markalı avtomaşına sərnişin qismində oturub, yaşadıqları ünvana gedəcəklərini bildirmişlər. M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində "VAZ-2107" markalı avtomaşının sürücüsü Elnurun avtomaşından ləng düşməsindən istifadə edərək onu bıçaqla hədələmiş və mobil telefonunu almışdır. Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində hadisəni törətmiş avtomaşının sürücüsü, Bakı şəhər sakini Elman Abdullayev tutulmuş ondan 2,224 qram, avtomaşınından isə 0,239 qram heroin aşkar edilərək götürülmüşdür.