Xəzər rayonu ərazisində qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxur kütləsinin yük avtomobili ilə daşınması aşkar olunub
24.10.2024Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Oktyabrın 24-də Xəzər rayonu ərazisində keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxur kütləsinin yük avtomobili ilə daşınması aşkar olunub.
İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etdiyinə görə həmin yük avtomobilinin sürücüsü barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Nərimanov rayonu ərazisində keçirilən tədbir zamanı isə bir restoranda ətraf mühitə atılan zərərli maddələrin normativdən artıq olması və atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması aşkar olunduğundan həmin restoranının icarədarı barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.