Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
20.10.2024Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Oktyabrın 19-da və 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 tapança, 1 tüfəng, 36 patron darağı və 56 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.