Bakı şəhər sakini Ruslan Qasımova qarşı silahlı basqın edilmiş şəxslərin axtarışı davam etdirilir
05.08.2008Saat 17.00 radələrində Binəqədi rayonundakı Naxçıvani küçəsində "Mercedes" markalı dövlət qeydiyyat nişanı Az 10 KX 584 nömrəli avtomaşında olan 2 naməlum şəxs "TT" markalı tapançadan Bakı şəhər sakini Ruslan Qasımova məxsus "BMW" markalı avtomaşının qabaq şüşəsinə atəş açaraq R.Qasımovun əlində olan salafana bükülmüş 4350 manat pulu ondan almışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Mercedes" markalı avtomaşın saat 22.50 radələrində hadisə yerinin yaxınlığında tapılmışdır. Avtomaşının yük yerinə baxış zamanı orada Az 10 UF 219 nömrəli dövlət qeydiyyat nişanı aşkar edilərək götürülmüş və bu avtomaşının həmin gün saat 16.25 radələrində Binəqədi rayonu Xarici Dairəvi küçəsi 4-dən qaçırılması müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.