Bakı şəhər sakini olan bir nəfəri aldadaraq öz hesabına 10.200 manat ödətdirməkdə şübhəli bilinən Z.Zülfüqarov saxlanılıb
04.10.2024Bakı şəhər sakini olan bir nəfər onu aldadan şəxsin öz hesabına 10.200 manat ödətdirməsi barədə polisə müraciət edib.
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 25 yaşlı Z.Zülfüqarov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.