Abşeron rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb
26.09.2024Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində müxtəlif vaxtlarda 4 nəfərin bank kartlarından ümumilikdə 1420 manat pul oğurlamaqda, 10 nəfərin isə 2500 manata yaxın vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən S.Abbasov müəyyən olunaraq saxlanılıb.
Digər əməliyyat tədbirləri ilə daha 6 nəfərin ümumilikdə 9000 manatdan çox vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ş.Alxasov və V.Əliyev saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.