Sabunçu rayonu Ləhic bağlarında yerləşən evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən X.Əliyev və İ.Paşayev saxlanılıblar
06.09.2024Sabunçu rayonu Ləhic bağlarında yerləşən evlərin birindən 1650 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar X.Əliyev və İ.Paşayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.