Yeni Yasamal-2 yaşayış sahəsi ərazisində mənzildən soyğunçuluq etmiş şəxs barəsində əməliyyat-axtarış tədbirləri aparılır
31.07.2008Saat 13.35 radələrində naməlum şəxs Yeni Yasamal-2 yaşayış sahəsi ev 8 mənzil 58-də yaşayan Məhəmməd Seyfəddininin mənzilinə aldatma yolu ilə girib, ona bihuşedici dərman içirtmişdir. Naməlum şəxs hadisədən dərhal sonra evə gəlmiş M.Seyfəddininin arvadı Asyaya da bihuşedici dərman içirtməyə cəhd göstərmiş, istədiyinə nail olmadıqda ona qarşı zor tətbiq edərək qızıl əşyalarını almışdır. Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.