2003-cü ilin dekabrın 4-də Elşən İbrahimova xəsarət yetirmiş şəxslər müəyyən edilərək tutulmuşlar
31.07.20082003-cü ilin dekabrın 4-də Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən, Ələt-Yevlax yolunun 31-ci km-dən Rəcbər kənd sakini Elşən İbrahimov bədən xəsarətləri ilə hüşsuz vəziyyətdə xəstəxanaya gətirilmişdir. Faktla əlaqədar 04.12.03 tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsilə cinayət işi başlanmışdır. Cinayət işinin istintaqı zamanı E.İbrahimovun naməlum şəxslər tərəfindən döyülməsi, habelə cinayətin izlərini itirmək məqsədi ilə onu yuxarıda qeyd edilən yerə atmaları müəyyən edilmişdir. Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.İbrahimova xəsarətin Salyan rayon sakinləri Əmrah Salahov və Hüseyn Xəlilov tərəfindən yetirilməsi müəyyən edilmiş və onların əməlləri 31.07.08 tarixdə CM-nin 126.2.1-ci maddəsinə tövsif edilmiş və onlar tutulmuşlar.