Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhər sakini Rasim Əmrahov, Gəncə şəhər sakini Mehdi Əliyev və Xalid Hüseynov boğularaq ölmüşlər

31.07.2008

Saat 20.02 radələrində Orxan Manafov polisə zəng edərək Novxanı qəsəbəsindəki "Gəmiqaya" restoranının yaxınlığında üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişi meyitinin tapılması barədə məlumat vermişdir. Məlumat təsdiqi tapmış, həmin şəxsin Sumqayıt şəhər sakini Rasim Əmrahov olması və onun dənizdə çimərkən boğulması müəyyən edilmişdir.
Sabirabad rayonundakı "Şorsu" kanalında boğulmuş Xalid Hüseynovun meyiti kanaldan çıxarılmışdır.
Gəncə şəhər sakini Mehdi Əliyev Daşkəsən rayonundakı "Zağalı" Su Anbarında çimərkən boğulmuşdur. M.Əliyevin meyitinin tapılması üçün tədbirlər davam etdirilir.

31.07.2008 tarixinə olan kriminal məlumatlar