Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
18.08.2024Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Avqustun 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tüfəng, 1 patron darağı və 126 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.