Naxçıvan-Şahbuz yolunun Şahbuz rayonu Daylaqlı kəndi ərazisində yol-qəza hadisəsi
05.10.2005Saat 08.30 radələrində Naxçıvan-Şahbuz yolunun Şahbuz rayonu Daylaqlı kəndi ərazisində, Şahbuz kənd sakini Məmiş Qəhrəmanovun idarə etdiyi "Qazel" markalı və Babək rayon sakini Həsən Quliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə H.Quliyev və sərnişinləri, "N" saylı hərbi hissənin zabiti Asəf Paşayev və əsgəri Hikmət Əhmədov hadisə yerində ölmüş, digər sərnişini, Naxçıvan şəhər sakini Məhəmməd Əhmədov isə xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.