DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Güclü ruhi həyəcan vəziyyətində qohumuna bıçaq xəsarətləri yetirmiş H.Əjdərov həbs edilmişdir

28.07.2008

   İyulun 28-də saat 03.00 radələrində Babək rayonunun Məmmədrza-Dizə kənd sakini Həsən Əjdərov evində, qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qohumu Mənsur Əjdərova çoxsaylı bıçaq xəsarətləri yetirmişdir. M.Əjdərov xəstəxanaya yerləşdirilmiş və aldığı xəsarətlərdən iyulun 29-da orada ölmüşdür. Babək RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Əjdərov tutulmuşdur.