Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
17.07.2024Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq olub. Polisə müraciət edən şəxs oradan pos-terminal aparatı və 3000 manat dəyərində mobil telefonun oğurlandığını bildirib. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ə.Salmanov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.