Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı-Qazax yolunun Qobustan rayonunun Nərimankənd kəndi ərazisində yol-qəza hadisəsi

04.10.2005

Saat 18.00 radələrində Bakı-Qazax yolunun Qobustan rayonunun Nərimankənd kəndi ərazisində, Bakı şəhərində məskunlaşmış Xocalı rayon sakini Təvəkkül Cavadov "Ford-Tranzit" markalı mikroavtobusu idarə edərkən onu aşırmışdır. Nəticədə T.Cavadov və 9 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilmişlər. Onlardan 3 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.