Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şirvan şəhər sakini Şaiq Rzayevdən 0,535 qram heroin götürülmüşdür

27.07.2008

   Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Mühafizə İdarəsi və Nəsimi RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərhad Əliyevdən 0,231 qram heroin, Sabunçu RPİ 15-ci PB əməkdaşları Balaxanı qəsəbə sakini Aslan Əbilovdan 0,273 qram heroin, Əzizbəyov RPİ əməkdaşları Şüvəlan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İxtiyar Tahirovdan 0,028 qram heroin götürmüşlər.          Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Şaiq Rzayevdən 0,535 qram heroin götürülmüşdür. Narkotik vasitəni ona satmış həmyerlisi, əvvəllər məhkum olunmuş Zahid Usubov tutulmuş, ondan 0,188 qram, onun tanışı, şəhər sakini İlqar Seyidovdan isə 0,296 qram heroin götürülmüşdür.