Dələduzluqda şübhəli bilinən S.Mehdiyev və P.Vəlibəyov müəyyən olunaraq saxlanılıblar
27.06.2024Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 2023-cü ilin mart ayında Yardımlı rayon sakini olan bir nəfərin 9000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən S.Mehdiyev, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə iyunun 10-da Bakı şəhər sakini olan bir nəfərin 4000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən P.Vəlibəyov müəyyən olunaraq saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.