Binəqədi rayonu ərazisində bir qadının içərisində 5000 manat pulu olan əl çantasının quldurluq yolu ilə talamaqda şübhəli bilinən iki şəxs saxlanılıb
19.06.2024İyunun 18-də axşam saatlarında Binəqədi rayonu ərazisində bir qadının içərisində 5000 manat pulu olan əl çantasının quldurluq yolu ilə talanması barədə Binəqədi RPİ 7-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Məcidzadə və bir qadın müəyyən olunaraq saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.