Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Səbail rayonunda narkotik vasitələr satan şəxs saxlanılıb

14.06.2024

Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinə Bayıl qəsəbəsində bir nəfərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə həmin şəxs - 1994-cü il təvəllüdlü Məhəddin Hüseynov saxlanılıb. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 31 büküm psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkarlanıb. 
Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. M.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

Youtube linki - https://www.youtube.com/watch?v=SZ-Dgmsrhag

 

14.06.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub 14.06.2024
  • Sumqayıt şəhəri ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən R.Məmmədov saxlanılıb 14.06.2024
  • Kürdəmir rayonunda bir həyətdən ev quşlarını oğurlamaqda şübhəli bilinən E.Mayılov saxlanılıb 14.06.2024
  • Bərdə rayonunun Lənbəran kənd sakini E.Rüstəmova məxsus həyətyanı sahədən 105 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb 14.06.2024
  • Zaqatala rayonunun Car kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib 14.06.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb 14.06.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 14.06.2024
  • Ümumi çəkisi 65,7 kiloqrama yaxın artıq narkotik vasitə aşkar olunaraq götürülüb 14.06.2024
  • Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib 14.06.2024
  • İtkin düşmüş kimi axtarışda olan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 14.06.2024
  • Səbail rayonunda narkotik vasitələr satan şəxs saxlanılıb 14.06.2024