DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Tovuz rayonunun Əlibəyli kənd sakini Rəşid Nəbiyevin evinin çardağında yanğın baş vermişdir

25.07.2008

Saat 12.00 radələrində Tovuz rayonunun Əlibəyli kənd sakini Rəşid Nəbiyevin evinin çardağında yanğın baş vermişdir. Nəticədə bütövlükdə çardağın və R.Nəbiyevə məxsus "VAZ-21099" markalı avtomaşının qismən yanar hissələri, habelə oraya yığılmış 150 kiloqram ot yanmışdır. Yanğın söndürüldükdən sonra R.Nəbiyevin qızı Nərgizin yanmış meyiti tapılmışdır. Araşdırmalar aparılır.