Quldurluq etmiş Bakıxanov qəsəbə sakini Namiq Hüseynov tutulmuşdur
24.07.2008İyulun 24-də Sabunçu rayonundakı Dəmir Yolu Stansiyasında, Bakıxanov qəsəbə sakini Namiq Hüseynov Beyləqan rayon sakini Vəsfi Teymurova bıçaqla xəsarət yetirmiş, Quba rayon sakini Vəfa Cavadovanı isə bıçaqla hədələyərək içərisində 30 manatı olan çantasını almışdır. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Hüseynov tutulmuşdur.