DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

24.07.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Hüseynovdan 0,419 qram heroin, Nizami RPİ 25-ci PB əməkdaşları Bakı şəhər sakini Vahid Məmmədovdan 0,83 qram marixuana götürmüşlər. 
Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Əhmədovdan 0,283 qram heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyulun 17-də Sabunçu qəsəbə sakini Elgün Əsədova qarşı zor tətbiq edərək mobil telefonunu ondan alması müəyyən edilmişdir.  
Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zabrat qəsəbə sakini Teymur Vəliyevdən 0,25 qram tiryək götürülmüşdür. Bakı BPİ-nə gətirilmiş T.Vəliyev oradan qaçmaq istəyərkən yıxılmış və ayağını sındırmışdır.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Müşfiq Haqverdiyev 385,79 qram marixuananı satarkən tutulmuşdur.