Nizami rayonu ərazisində yerləşən bazarda iki qadının cibindən mobil telefon və pulqabılarını oğurlamaqda şübhəli bilinən T.Məhərrəmov saxlanılıb
19.05.2024Mayın 13-də Nizami rayonu ərazisində yerləşən bazarda iki qadının cibindən mobil telefon, içərisində bank kartı və sənədləri olan pulqabılarının oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş T.Məhərrəmov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.