Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlrdan narkotik vasitələr götürülmüş və yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

22.07.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizbəyov RPİ 1-ci PB əməkdaşları Qala qəsəbə sakini Heydər Quliyevdən 1,61 qram heroin, Yasamal RPİ 29-cu PB əməkdaşları Bakı şəhər sakini Vüqar Əsgərovdan 0,239 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Natiq Səfərovdan 0,26 qram həşiş, Hacıqabul RPŞ əməkdaşları rayon sakinləri, əvvəllər məhkum olunmuş Mübariz Aslanovdan 0,442 qram heroin, İlqar Babayevdən 2,61 qram heroin götürmüşlər.  
Yevlax RPŞ əməkdaşları tərəfindən Qaramanlı kəndindən yabanı halda bitmiş, çəkisi 1 ton 273 kiloqram olan 14208 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir. 

22.07.2008 tarixinə olan kriminal məlumatlar