DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Elan saytlarında saxta məlumatlar yerləşdirərək çoxsaylı vətəndaşlardan “beh” alan dələduz saxlanılıb

30.04.2024

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitlərinin “beh” qismində dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə çoxsaylı şikayətlər daxil olub. 
Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində həmin əməlləri törədən 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Həsənov Elman saxlanılıb.
Araşdırma zamanı onun elan saytlarında gündəlik olaraq ən çox yerləşdirilən məlumatlardan saxta elanlar düzəltdiyi müəyyən olunub. 
E.Həsənov digər şəxslərin adına olan mobil nömrələrdən istifadə etməklə onunla əlaqə saxlayan vətəndaşlara həmin məhsulları satacağı vədi verərək müxtəlif məbləğlərdə “beh” alıb. Zərərçəkənlər göndərdikləri pulları həmin şəxsin özünə aid olmayan bank hesab kartlarına köçürüblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. E.Həsənovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Youtube linki - https://www.youtube.com/watch?v=j1q0m1CrD68

 

30.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub 30.04.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silah-sursat təhvil götürülüb 30.04.2024
  • Qanunsuz saxlanılan silah və sursatlar aşkar edilərək götürülüb 30.04.2024
  • Aprelin 30-da ümumi çəkisi 11 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 30.04.2024
  • Səbail rayonu ərazisində bir nəfərin pulqabısını oğurlamaqda və bank kartından 300 manatını çıxarmaqda şübhəli bilinən İ.Mirzəli saxlanılıb 30.04.2024
  • Nizami rayonu ərazisində yerləşən dayanacaqda bir nəfər şəxsin çantasını oğurlamaqda şübhəli bilinən A.Əhmədov saxlanılıb 30.04.2024
  • Bir nəfər şəxsin bank kartından pul oğurlamaqda şübhəli bilinən Ə.Əliyev saxlanılıb 30.04.2024
  • Abşeron rayonunun Stansiya Sumqayıt qəsəbəsi ərazisindən 4 baş inəyi oğurlamaqda şübhəli bilinən iki şəxs olunaraq saxlanılıb 30.04.2024
  • Elan saytlarında saxta məlumatlar yerləşdirərək çoxsaylı vətəndaşlardan “beh” alan dələduz saxlanılıb 30.04.2024
  • Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar 30.04.2024