DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Abşeronda narkotiklərə qarşı əməliyyatlar

29.04.2024

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Xırdalan şəhəri, Masazır,  Novxanı,  Saray və digər qəsəbə ərazilərində silsilə əməliyyatlar həyata keçirilib. Tədbirlər zamanı paytaxt sakinləri  Əvəz Alışov, Rövşən Qurbanov, əvvəllər məhkum olunmuşlar Hacıəli İmanov, Orxan Vəliyev, Təbriz Cəfərov və Sərdar Əsgərov saxlanılıblar. Onlardan, idarə etdikləri avtomobillərindən, paytaxt və Abşeron rayonun müxtəlif ünvanlardakı mənzillərində 5 kiloqrama yaxın heroin, marixuana, metamfetamin və psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirilən narkotikləri satmaq məqsədi ilə əldə etdikləri müəyyən olunub. 
Qeyd edək ki, saxlanılan şəxslər narkotiklərin bir qismini “izi” itirmək məqsədi ilə qəbirstanlıqda məzar daşlarının yanında gizlətməkdən belə çəkinməyiblər
Faktla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Youtube linki - https://www.youtube.com/watch?v=pHwIPNHZoXk

 

29.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub 29.04.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silah-sursat təhvil götürülüb 29.04.2024
  • Qanunsuz saxlanılan 5 ədəd müxtəlif markalı tüfəng götürülüb 29.04.2024
  • Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən ət məhsulu oğurlamaqda şübhəli bilinən B.Abdullayev saxlanılıb 29.04.2024
  • Abşeronda narkotiklərə qarşı əməliyyatlar 29.04.2024