Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
23.04.2024Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Aprelin 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 63 ədəd patron təhvil götürüblər.
Həmçinin keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng və 52 ədəd patron aşkar edilərək götürülüb.