DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İdman zalının kassasını talayaraq 12 min manat ələ keçirən mühafizəçi saxlanılıb

23.04.2024

Yasamal rayonunda yerləşən idman zallarından birindən oğurluq edilib. Obyektin sahibi Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata yaxın vəsaitin oğurlandığını bildirib. Araşdırmalarla pulun idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub. Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə gətirilib. Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib. E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

Youtube linki - https://www.youtube.com/watch?v=YFywAQyVLu8

 

23.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub 23.04.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb 23.04.2024
  • Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb 23.04.2024
  • Aprelin 23-də ümumi çəkisi 19,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 23.04.2024
  • Xırdalan şəhəri ərazisində bir nəfər şəxsin bank kartından pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb 23.04.2024
  • İdman zalının kassasını talayaraq 12 min manat ələ keçirən mühafizəçi saxlanılıb 23.04.2024
  • DİN BNMİ-dən növbəti əməliyyat 51 kiloqram narkotik maddə aşkarlandı 23.04.2024
  • Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələndi 23.04.2024