DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİN BNMİ-dən növbəti əməliyyat 51 kiloqram narkotik maddə aşkarlandı

23.04.2024

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib. Tədbir zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb. Onun üzərindən, həmçinin yaşadığı ünvandan ümumilikdə 51 kiloqram, o cümlədən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 43 kiloqram marixuana, 3 kiloqram heroin və 5 kiloqram metamfetamin aşkarlanıb. İ.Ağayev narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasının şəxsiyyəti istintaqla araşdırılan vətəndaşından əvvəlcədən təyin olunan məkandan ayrı-ayrı şəxslərə çatdırıb maddi gəlir əldə etmək məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=IyHpMrE3X4M

 

23.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub 23.04.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb 23.04.2024
  • Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb 23.04.2024
  • Aprelin 23-də ümumi çəkisi 19,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 23.04.2024
  • Xırdalan şəhəri ərazisində bir nəfər şəxsin bank kartından pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb 23.04.2024
  • İdman zalının kassasını talayaraq 12 min manat ələ keçirən mühafizəçi saxlanılıb 23.04.2024
  • DİN BNMİ-dən növbəti əməliyyat 51 kiloqram narkotik maddə aşkarlandı 23.04.2024
  • Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələndi 23.04.2024