Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silah-sursat təhvil götürülüb
22.04.2024Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Aprelin 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 13 ədəd müxtəlif markalı tüfəng və 8 patron təhvil götürüblər.
Həmçinin keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.