DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Füzuli rayonu ərazisində yol-nəqliyyat hadisəsi

21.07.2008

Saat 19.00 radələrində Füzuli rayonu ərazisində, Bakı şəhər sakini Sehran Məmişov "BMW" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişinlərindən, Əhmədallar kənd sakinləri Səadət İsmayılova və Vurğun Fərzəliyev hadisə yerində ölmüş, xəsarət almış S.Məmişov və digər sərnişinləri, Horadiz şəhər sakinləri Maya İsmayılova, Rəşad Hüseynov və Bakı şəhər sakini Vüsalə İsmayılova xəstəxanaya yerləşdirilmişlər. Füzuli RPŞ tərəfindən araşdırmalar aparılır.

21.07.2008 tarixinə olan kriminal məlumatlar