Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən R.Ağacanov müəyyən edilərək saxlanılıb
14.04.2024Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Sabunçu qəsəbəsi ərazisində bir qadının çantasından içərisində pulu və 3 ədəd bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Ağacanov müəyyən edilərək saxlanılıb.
Onun Nardaran qəsəbəsi ərazisində bir evin zirzəmisindən 4800 manat dəyərində otbiçən və elektrik naqili oğurlaması da məlum olub.
Araşdırma aparılır.