Ramana qəsəbəsində yerləşən evlərin birinin həyətindən dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilinən P.Quliyev saxlanılıb
08.04.2024Ramana qəsəbəsində yerləşən evlərin birinin həyətindən 3000 manat dəyərində dəmir barmaqlıqların oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən P.Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.