DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşlrı tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş və yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

21.07.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Səbail RPİ 9-cu PB əməkdaşları Bakı şəhər sakini Cəmil Muradovdan 0,255 qram heroin, Salyan RPŞ əməkdaşları rayon sakini Elşən Qasımovdan 1,47 qram həşiş, Hacıqabul RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Aslanovdan 0,442 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları şəhər sakinləri Məmmədsadıq İbrahimovdan 0,256 qram, əvvəllər məhkum olunmuş Rafəddin Abbasovdan isə 0,605 qram heroin götürmüşlər. 
Bakı BPİ Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Nuriyevə narkotik vasitə satmış Bakı şəhər sakini Nicat Hüseynov tutulmuş və ondan 0,334 qram heroin götürülmüşdür.
Tərtər RPŞ əməkdaşları tərəfindən Xoruzlu kəndindən yabanı halda bitmiş, çəkisi 216 kiloqram olan 716 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.

21.07.2008 tarixinə olan kriminal məlumatlar