DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İctimai nəqliyyatda cibgirlik edən şəxslər saxlanılıblar

02.04.2024

Bakının Sabunçu, Suraxanı və digər rayonlarında polisin keçirdiyi tədbirlərlə ictimai nəqliyyatda cibgirlik edən əvvəllər məhkum olunmuş Emil Məmmədov və Rövşən İsmayılov saxlanılıblar. Bu şəxslərin avtobuslarda sərnişinlərin pul, mobil telefon və digər qiymətli əşyalarını taladıqları müəyyən edilib. Saxlanılanların avtobuslarda törətdikləri hadisələrin bir neçəsi müşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
E.Məmmədov və R.İsmayılovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Youtube linki - https://www.youtube.com/watch?v=dsx2srSUaWc

 

02.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub 02.04.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan 6 tüfəng təhvil götürüblər 02.04.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb 02.04.2024
  • Xankəndi şəhəri ərazisindən silah və digər sursatlar aşkar olunaraq götürülüb 02.04.2024
  • Ümumi çəkisi 3,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 02.04.2024
  • Bakı şəhər sakini olan bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən R.Hüseynov saxlanılıb 02.04.2024
  • Yasamal rayonu ərazisində saxlanılan E.Əsgərovdan 1 kiloqramdan artıq heroin və 35 qrama yaxın marixuana götürülüb 02.04.2024
  • Bakıda narkokuryerliyə cəlb olunduqları üçün saxlanılan iki nəfərdən 4 kiloqram heroin və metamfetamin aşkar olunub 02.04.2024
  • İctimai nəqliyyatda cibgirlik edən şəxslər saxlanılıblar 02.04.2024
  • Novruz bayramı günlərində insanların istirahətdə olmasından istifadə edərək evləri talayan şəxs saxlanılıb 02.04.2024