DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakıda provayderlərə ziyan vuraraq vətəndaşları fasiləsiz internetdən məhrum edən şəxslər saxlanılıblar

01.04.2024

Paytaxtın əsasən Nərimanov rayonu ərazisində insanları fasiləsiz internetlə təmin edən bir neçə provayder şirkətinin binalarda quraşdırdığı şəbəkə paylayıcı bloklarında olan enerji daşıyıcılarının oğurlanması barədə polisə çoxsaylı məlumatlar daxil olub. Həmin şəxslərin saxlanılması istiqamətində Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən əməli törədən paytaxt sakinləri Ülvi Qurbanov və Tural Məmmədzadə saxlanılıblar. Onların Nərimanov rayonu ilə yanaşı Nəsimi, Yasamal və digər ərazilərdə də müxtəlif provayderlərin enerji daşıyıcılarını oğurladıqları məlum olub. Araşdırmalarla bu şəxslərin Bakı şəhəri ərazisində 100-ə yaxın internet paylayıcı blokun enerji daşıyıcısını oğurladıqları müəyyən edilib. Oğurluq əşyalar Tural Məmmədzadənin idarə etdiyi avtomobillə əlvan-metal qəbulu məntəqələrinə aparılaraq satılıb. Onların törətdiyi oğurluq əməlləri ərazidə quradırılmış videomüşahidə kameraları vasitəsilə də qeydə alınıb. Ü.Qurbanov və T.Məmmədzadənin Bakı şəhərində digər analoji cinayətlərdə iştiraklarının olub-olmamalarının müəyyən edilməsi istiqamətində 16-cı PŞ-də araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=jFpe7QnW48U

 

01.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub 01.04.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir 01.04.2024
  • Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb 01.04.2024
  • Ümumi çəkisi 5,8 kiloqrama yaxın narkotik vasitə, həmçinin 230 ədəd metadon həbi aşkar olunaraq götürülüb 01.04.2024
  • Nəsimi rayonu ərazisində bir nəfərin pulunu, mobil telefonunu və eynəyini quldurluq yolu ilə talamaqda şübhəli bilinən Z.İsmayılov və E.Verdizadə saxlanılıb 01.04.2024
  • Başına tanınmamaq üçün “parik” taxan oğru saxlanılıb 01.04.2024
  • Bakıda provayderlərə ziyan vuraraq vətəndaşları fasiləsiz internetdən məhrum edən şəxslər saxlanılıblar 01.04.2024