DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Abşeronda ötən gün keçirilən tədbirlər zamanı 49 odlu silah və 13 qumbara aşkar olunub 

30.03.2024

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı ötən gün növbəti əməliyyat və profilaktik tədbirlər keçirilib. Nəticədə ümumilikdə  9 “Kalaşnikov” avtomatı, 13 əl qumbarası, 39 müxtəlif markalı ov tüfəng, 1 ədəd “Makarov” tapançası aşkar olunub və ya vətəndaşlar tərəfindən könüllü polisə təhvil verilib. Narkotiklərə qarşı keçirilən 20 əməliyyat zamanı 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 
Abşeron rayonunda oğurluqlar və müxtəlif cinayət törətdikləri üçün axtarışda olan 5 nəfər saxlanılıb, “isti izlərlə”  36 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 24,  xırda xuliqanlığa və xırda talamaya görə 53 fakt aşkarlanıb, mülki axtarışda olan 23 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. 
Bununla yanaşı, Abşeron rayon DYPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 40-dan artıq, spirtli içkinin təsiri altında sükan arxasına əyləşən və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 37, dayanma-durma qaydalarını pozan 330 sürücü inzibati məsuliyyətə cəlb edilib. 

Youtube linki - https://www.youtube.com/watch?v=_Mzey-suBMs

 

30.03.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub 30.03.2024
  • Qadını şəkillərini sosial şəbəkələrdə yaymaqla hədələyərək ondan 1000 manat pul tələb etmədə şübhəli bilinən İ.Məmmədov saxlanılıb 30.03.2024
  • Sabunçu rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birindəm 3000 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən N.Bayramov saxlanılıb 30.03.2024
  • Nizami rayonu ərazisində moped oğurlamaqda şübhəli bilinən R.Məmmədov saxlanılıb 30.03.2024
  • Əvvəllər məhkum olunmuş O.Vəliyevdən 49 qram marixuana aşkar olunub 30.03.2024
  • Abşeronda ötən gün keçirilən tədbirlər zamanı 49 odlu silah və 13 qumbara aşkar olunub  30.03.2024
  • DİN BNMİ-nin keçirdiyi növbəti əməliyyat zamanı 50 kiloqram narkotik vasitə ələ keçirilib 30.03.2024