Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
28.03.2024Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 28-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 2 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 20 patron darağı, 3640 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.