DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş və yabanı halda bitmiş kənaf kolları yığılaraq məhv edilmişdir
20.07.2008Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xaçmaz RPŞ əməkdaşları Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Abdullayevdən 6,31 qram marixuana, Biləsuvar RPŞ əməkdaşları Zəhmətabad kənd sakini Cabir İsmayılovdan 1 qram heroin, Hacıqabul RPŞ əməkdaşları Şirvan şəhər sakini Adil Caniyevdən 1,746 qram heroin götürmüşlər. Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zəhmətabad kənd sakini Babək İsmayılov 5 qram heroini satarkən tutulmuşdur. Onun evinə baxış zamanı əlavə 5 qram heroin aşkar edilərək götürülmüşdür.
İsmayıllı RPŞ əməkdaşları tərəfindən Xanagah kəndindən yabanı halda bitmiş, çəkisi 1 ton 580 kiloqram olan 2850 ədəd kənaf kolu yığılaraq məhv edilmişdir.