Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini R.Əmrahov müəyyən olunaraq saxlanılıb
19.03.2024Martın 18-də vətəndaşa məxsus bank kartından 2000 manat pulun oğurlaması barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Əmrahov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.