DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Binə qəsəbəsində quldurluq hadisəsi qeydə alınıb

14.03.2024

Bakının Xəzər rayonunun Binə qəsəbəsində quldurluq hadisəsi baş verib. Gecə saatlarında naməlum şəxs yol ilə hərəkət edən yük avtomobilinin qarşısını kəsərək sürücüyə kəsici alətlə xəsarət yetirib və üzərində olan pul vəsaitini ələ keçirib.
Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər oğurluq, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunmuş Məmmədov Tariel saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs quldurluq hadisəsini törətməmişdən öncə qəsəbə ərazisində bir neçə avtomobilin yan şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından bank kartları, pul vəsaiti, maqnitofon və digər əşyalar oğurlayıb. 
Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=ZiPFrOu4DHQ

 

14.03.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 110 cinayətin açılması təmin olunub 14.03.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir  14.03.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir  14.03.2024
  • Ümumi çəkisi 5,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 14.03.2024
  • Xankəndi şəhəri ərazisindən odlu silah və sursatlar aşkar olunaraq götürülüb 14.03.2024
  • Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub 14.03.2024
  • Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 2 nəfər saxlanılıb  14.03.2024
  • Təmir alətləri oğurluqda şübhəli bilinən M.Məmmədov, Masazır qəsəbəsində isə bir mənzildən 7450 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Q.Gülməmmədov saxlanılıblar 14.03.2024
  • Mağazaların birində satıcıya 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən S.Nəsirov saxlanılıb 14.03.2024
  • Polis əməkdaşları bank kartlarından oğurluqda şübhəli bilinən şəxsləri saxlayıb 14.03.2024
  • Paytaxt sakininin telefonu və pul kisəsini talayan şəxs saxlanılıb 14.03.2024
  • Nərimanovda pul müqabilində narkokuryerlik edən daha bir nəfər saxlanılıb 14.03.2024
  • Binə qəsəbəsində quldurluq hadisəsi qeydə alınıb 14.03.2024