Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub
13.03.2024Martın 13-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 133, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.