Hüquq-mühafizə orqanları tərəfindən narkotik maddələr götürülmüşdür
01.10.2005Ağdam rayon sakini Bakir Nuriyev könüllü olaraq 33,17 qram marixuananı Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə təhvil vermişdir. B.Nuriyevin narkotik vasitəni Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Mətləb Zeynalovdan alması müəyyən edilmişdir. Qərb Bölgəsində Regional Şöbə əməkdaşları M.Zeynalovun həyətyanı sahəsinə baxış zamanı çəkisi 12,870 kiloqram olan 17 ədəd çətənə kolu da aşkar edərək götürmüşlər.