Gün ərzində ölkə ərazisində qeydə alınan 75 cinayətin açılması təmin olunub
09.03.2024Martın 9-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.