Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
05.03.2024Martın 5-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 168, o cümlədən borclu şəxs qismində axtarışda olan 142 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.