DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Beyləqan rayonunun Türklər kəndində yol-nəqliyyat hadisəsi

18.07.2008

Saat 11.00 radələrində Beyləqan rayonunun Türklər kəndində, Füzuli rayon sakini Mətləb Mirzəyev "Mercedes" markalı avtomaşını idarə edərkən kənd sakinləri İlyas Balabəyovu, Əlişan Əhmədovu və Elşən Əliyevi vurmuşdur. Sonradan M.Mirzəyev idarəetməni itirərək avtomaşınını yolun kənarında dayanmış "QAZ-330210" markalı avtomaşına çırpmışdır. Nəticədə İ.Balabəyov aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış Ə.Əhmədov, E.Əliyev, habelə M.Mirzəyev və sərnişini Osman Rüstəmov xəstəxanaya yerləşdirilmişlər. Beyləqan RPŞ tərəfindən araşdırmalar aparılır.