DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Masallı rayonunun Musaküçə kəndində yol-nəqliyyat hadisəsi

18.07.2008

Saat 08.00 radələrində Masallı rayonunun Musaküçə kəndində, kənd sakinləri Akif Rəhimovun idarə etdiyi "VAZ-21074" markalı və Faiq Ağayevin idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə F.Ağayevin sərnişini, Musaküçə kənd sakini Mərcan Ağayeva hadisə yerində ölmüşdür. Masallı RPŞ tərəfindən araşdırmalar aparılır.