Siyəzən rayon sakini İslam Bayramovun ölümü ilə nəticələnmiş qəza hadisəsi törədərək hadisə yerindən qaçmış, Mahir Cəfərov tutulmuşdur
17.07.2008İyulun 17-də Siyəzən rayonunda müəyyən edilməmiş avtomaşınla rayon sakini İslam Bayramov vurulmuşdur. Nəticədə xəsarət almış İ.Bayramov xəstəxanaya yerləşdirilmişdir. Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Bayramovu idarə etdiyi "QAZ-24" markalı avtomaşınla vurub hadisə yerindən qaçmış rayon sakini Mahir Cəfərov tutulmuşdur. Siyəzən RPŞ tərəfindən araşdırmalar aparılır.