Ümumi çəkisi 10,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
07.02.2024Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 6-da və 7-də ümumi çəkisi 10,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqramdan artıq heroin və 9 kiloqramdan çox marixuana olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.