Nərimanov rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən avtomobil qaçırmaqda və YNH törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən Q.Abbasov saxlanılıb
04.02.2024Nərimanov RPİ 16-cı və 18-ci Polis şöbələri əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “FAW” markalı avtomobili qaçırmaqda və yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Mingəçevir şəhər sakini Q.Abbasov saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.